Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilməsi nəzərdə tutulan prosesdə zərərçəkmiş şəxsin nümayəndəsinin iştirakı etmədiyi məlum olub.
Hakim deyib ki, bu, böyük həcmli cinayət işidir. Bundan əvvəl tərkibdə olan hakimlərdən biri təqaüdə göndərilib, buna görə məhkəmə istintaqı yenilənib.
Səlim Müslümovun vəkili Ayxan Rüstəmzadə bildirib ki, zərərçəkmiş tərəfin iştirakı təmin olunsun. Vəkil həmçinin sonuncu məhkəmə iclasının məhkəmə iclaslarının protokolları ilə tanış olmadıqlarını və onlarla tanış olmaq istədiklərini deyib.
Hakim zərərçəkmişin nümayəndəsinin prosesdə iştirakını mütləq hesab edib.
Onun sözlərinə görə, hakim heyətində olan hakimlərdən biri qisa müddətli məzuniyyətə gedib və bu səbəbdən proses bir bir neçə bəftə keçirilməyəcək.
Növbəti proses oktyabrın 4-də davam edəcək.
Qeyd edək ki, Səlim Müslümov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunub. Daha sonra onun səhhətində yaranan problemlərlə bağlı ev dustaqlığına buraxılıb.
O, rüşvət alma yolu ilə 13.296.355 manat, mənimsəmə yolu ilə 7.237.188 manat, israf edilmiş yolla 7.087.671 manat ziyan vurduğu üzə çıxıb. Səlim Müslümovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan edilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.
Səbail rayon Məhkəməsinin 1 iyul 2022-ci il tarixli qərarına əsasən sabiq nazirə məxsus mənzil, qeyri yaşayış sahəsi və avtomobillərin üzərinə həbs qoyulub.