Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev dövlət orqanlarında baş verən korrupsiya cinayətləri ilə bağlı danışıb.
Teleqraf.com xəbər verir ki, idarə rəisinin sözlərinə görə, Baş Prokurorluğun 1 əməkdaşı barədə cinayət işinin istintaqı aparılıb və cinayət işi üzrə materiallar baxılması üçün məhkəməyə göndərilib.
Kamran Əliyev bildirib ki, Daxili İşlər Nazirliyi 2, Dövlət Miqrasiya Xidməti 7, yerli icra 7, bələdiyyələrlə 4, Səhiyyə Nazirliyi 3, Mədəniyyət və Turuzim Nazirliyi 1, Təhsil Nazirliyi 19, özəl sektor üzrə 18, bank və bank olmayan kredit təşkilatları ilə bağlı 18 işə baxılıb. İdarə rəisinin sözlərinə görə, həmin işlər üzrə materiallar məhkəmələrə göndərilib.
Hacı Zeynalov