23 Oktyabr 2023 11:01
1 047
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda qətl törətməkdə təqsirləndirilən Zaur Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.

Zaur Babayev ömürlük azadlıqdan məhrum edilib.

Ittihama görə, hadisə bu ilin fevralın 2-də Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib.

Belə ki, 1981-ci il təvəllüdlü Zaur Babayev qeyri-rəsmi münasibətdə olduğu 1980-ci il təvəllüdlü Əfsanə Şadatova və onun qızı, 2009-cü il təvəllüdlü Günay Şadatovaya bıçaq xəsarəti yetirib. 14 yaşlı yeniyetmə Günay Şadatova ölüb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər