19 Yanvar 2015 14:23
453
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 17-nə keçən gecə Xırdalan şəhərindən şəhər sakini Emin Xudiyevə məxsus “VAZ-2106” markalı avtomobil qaçırılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Emin Xudiyev avtomobilinin oğurlanması ilə bağlı polisə şikayət edib.

Abşeron və Füzuli Rayon Polis Şöbələri əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakini Ənvər Əhmədov və Füzuli rayon sakini Sənan Qəribov tutulublar. Avtomobil həmin gün Beyləqan rayonunun ərazisində tapılıb.

Hacı Zeynalov


Müəllif: