20 Yanvar 2015 01:36
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə dəm qazından boğulma hadisəsi baş verib.

Kəpəz rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə hadisə yanvarın 19-da saat 21 radələrində baş verib.

Şəhərin Nəriman Nərimanov prospekti, 1-ci döngə, ev 6-da yaşayan 2003-cü il təvəllüdlü Zeynalov Qəhrəman Nizami oğlu yaşadığı evin vanna otağında çimərkən dəm qazından boğulub.

12 yaşlı oğlan dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.


Müəllif:

Oxşar xəbərlər