23 Yanvar 2015 13:27
726
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masazır qəsəbəsində avtomobil oğurluğu edən şəxslər həbs edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Abşeron rayon Polis Şöbəsi və Binəqədi rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 20-də Masazır qəsəbəsində Azər Dəmirovun yaşadığı evin həyətində üzərində Rövşən Məmmədova məxsus “Chevrolet” markalı avtomobilin 2013-cü il avqustun 12-də oğurlanmış dövlət qeydiyyat nişanları olan “VAZ-2106” markalı avtomobil aşkar edilib.

Araşdırmalar zamanı həmin nəqliyyat vasitəsinin Maarif Səlimova məxsus, yanvarın 11-də qaçırılmış “VAZ-2106” markalı avtomobil olması da müəyyən edilib. Azər Dəmirov həbs olunub.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 12-də və 14-də Masazır qəsəbə sakini Teymur Bağırovla birgə Akif Əliyevə, Rasim Fərəcova və Rəşid Allahverdiyevə məxsus “VAZ-2106” markalı avtomobilləri də qaçıraraq Gəncə şəhərinə apararaq satması müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Teymur Bağırov da tutulub.

Hacı Zeynalov


Müəllif: