22 Fevral 00:58
1 127
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quba polisi xüsusi əməliyyat keçirib.

Teleqraf.com xəbər verir ki, əməliyyat zamanı rayon ərazisində dələduzluq edərək vətəndaşlardan küllü miqdarda pul alan şəxs saxlanılıb.

Belə ki, Quba rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı Şaiq Həsən oğlu Həşimov tutulub.

O, rayon ərazisində qaziləri, şəhid ailələrini, müalicəyə ehtiyacı olan uşaqların valideynlərini guya türkə çarə üsulu ilə sağaldacağı vədini verərək aldadıb.

Küllü miqdarda pullarını alaraq dələduzluq edib .Şaiq Həşimov Polis şöbəsinə daxil olan məlumat əsasında saxlanılıb. Barəsində araşdırma başlanılıb.

Qeyd edək ki, Şaiq Həşimov xalq artisti Aybəniz Haşımovanın qardaşıdır.

/DNA.az/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər