27 Yanvar 2015 14:25
1 664
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda avtomobilin içərisində iki nəfərin meyiti aşkar olunub.

Xətai rayon Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, meyitlər Gəncə prospektində yerləşən qarajlardan birində “Mercedes” markalı avtomobildən tapılıb. Meyiti tapılan şəxslər 1959-cu il təvəllüdlü Sadiq Əliyev və 1972-ci il təvəllüdlü Samirə Qurbanovadır (ad və soyad dəyişdirilib). Meyitlər çılpaq vəziyyətdə olub.

Ehtimal olunur ki, onlar avtomobildə sevişirmişlər. Onların avtomobildə dəm qazından boğularaq öldüyü ehtimal edilir.

Qeyd edək ki, avtomobil 1995-ci ildə qətlə yetirilən deputat Əli Ansuxskinin oğlu Əbdülqadir Ansuxskiyə məxsusdur. Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər