24 Mart 23:50
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağstafada dava bıçaqlanma ilə nəticələnib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Aşağı Göycəli kəndində qeydə alınıb.

2002-ci il təvəllüdlü Kamil Vəlizadə və onun qardaşı, 2000-ci il təvəllüdlü Ramin Vəlizadə kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdiriliblər.

Qardaşların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com