Bakının Nəsimi rayonunda cinayət hadisəsi törədən həbs edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Nəsimi rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Mehman Novruzov şübhəli şəxs qismində saxlanılıb.
Onun üzərinə baxış zamanı 1,09 qram heroin, 119 manat pul, habelə Agsu rayon sakini Yazgül Babayevaya və Sumqayıt şəhər sakini Fidan Qasımovaya məxsus şəxsiyyət vəsiqələri, tələbə bileti və bankomat kartları aşkar edilib.
Oğurluq cinayəti törədən şəxsin müəyyən edilməsi ilə bağlı daha bir əməliyyatı Göyçay rayon Polis Şöbəsinin əməkdaşları keçirib. Əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 30-da Məlahət Kərimovanın evindən 96 manatını və qızıl əşyalarını oğurlamış Kürdəmiş kənd sakini Nazir Qasımov tutulub.
Hacı Zeynalov