27 İyun 08:37
625
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-nin Virciniya ştatında amansız hadisə qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, 63 yaşlı Donald Rey Lantz və 62 yaşlı Ceyn Kay yeniyetmə uşaqların köhnəlmiş paltarlarla dar kabinədə kilidli tapılmasından sonra həbs edilib.

İddialara görə, onlar uşaqları qul kimi işlətmək üçün istifadə edib, ayaqlarını zəncirləyib, hətta tövlədə saxlayıblar. Polis tövlədə tapılan uşaqların yaşlarının 6, 9, 11, 14 və 16 olduğunu açıqlayıb.

İddiaların ən dəhşətlisi, bu uşaqların hamısının qaradərili olması və sırf irqlərinə görə cütlük tərəfindən kölə edilməsidir. Qonşuların verdiyi ifadədə bildirilir ki, uşaqlara hətta yemək verilmirdi. Uşaqların ifadələrinə görə, onlar orta hesabla 12 saat tarlada işləyib və gündə yalnız hər 12 saatdan bir yemək yeyirmişlər.

Donald Rey Lantzın və Ceyn Kayın məhkəməsinin yaxın günlərdə yekunlaşacağı gözlənilir.


Müəllif: Arzu