11 Avqust 14:48
831
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət İmtahan Mərkəzi tərəfindən peşəkar mühasib sertifikatı imtahanının ikinci mərhələsi (qanunvericilik üzrә) keçirilib.

Teleqraf.com xəbər verir ki, imtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 8 binada təşkil olunub. İmtahanın keçirilməsi üçün 8 ümumi imtahan rəhbəri, 20 imtahan rəhbəri, 153 nəzarətçi, 22 buraxılış rejimi (mühafizə) əməkdaşı cəlb olunub.

İmtahan nəticələri yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün yaxın 5 həftə ərzində elan olunacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər