“Abzas Media işi” üzrə həbs edilən jurnalist Nərgiz Absalamovaya yeni ittihamlar irəli sürülüb.
Teleqraf.com xəbər verir ki, ona qarşı Cinayət Məcəlləsinin 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 320.1 və 320.2-ci (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə şəklində cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma, mütəşəkkil dəstə tərəfindən törədilmiş qaçaqmalçılıq, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham elan edilib.
Qeyd edək ki, “Abzas Media işi” üzrə saytın rəhbəri, baş redaktoru və bir neçə əməkdaşı həbs edilib. Onların barəsində olan cinayət işi üzrə ibtidai istintaq davam edir.