08:47
373
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Zamiq Mirzəyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, ondan narkotik vasitə marixuana, eləcə də 678 ədəd psixotrop tərkibli həb aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər