Sumqayıtda 38 yaşlı oğul atası tərəfindən bıçaqlanıb.
Teleqraf.com xəbər verir ki, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində baş verib.
1957-ci il təvəllüdlü Sərdar Xanbaba oğlu Muradov ailə münaqişəsi zəminində oğlu, 1986-cı il təvəllüdlü Şahmar Sərdar oğlu Muradova bıçaqla xəsarət yetirib.
Yaralı dərhal xəstəxanaya çatdırılıb.
Fakt araşdırılır.