28 Dekabr 16:04
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikası vətəndaşı olan qadınları cinsi istismara məruz qoymaqda şübhəli bilinən S.Məmmədzadə tutulub.

Teleqraf.com xəbərverir ki, faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq yekunlaşaraq materiallar baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin hökmünə əsasən S.Məmmədzadə Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 (İnsan alveri) və 144-3.4-cü maddələri ilə təqsirli bilinib və 5 il müddətinə azadlıqdan məhrum edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər