27 Dekabr 20:30
279
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabadda 58 yaşlı kişi həkim tərəfindən döyülüb.

Teleqraf.com-un Cənüb bürosu xəbər verir ki, hadisə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında baş verib.

Rayonun Uzuntəpə kənd sakini 1966 cı il təvəllüdlü Füzuli İmanov 5 və 7 yaşlı nəvələrinin halı pisləşdiyi üçün xəstəxanaya müraciət edib. Uşaqlardan birinin səhəti ağırlaşıdğını görən baba Davud adlı həkimdən kömək istəyərkən müqavimətlə üzləşib.

Füzuli İmanov həkim tərəfindən təpiklə döyülərək otaqdan çıxarılıb. Zərərçəkən məsələ ilə bağlı Rayon Prokurorluğuna müraciət edib. Hadisənin görüntüləri təhlükəsilik kameralarına da düşüb.

Hazırda fakt araşdırılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər