26 Dekabr 12:26
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yevlaxda bacısını qətlə yetirməkdə təqsirləndirilən Rasim Salmanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Xaliq Məmmədovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası 2025-ci il yanvarın 6-na təyin olunub.

Qeyd edək ki, Rasim Salmanov 2003-cü il təvəllüdlü bacısı Başxanım Salmanovanı odlu silahla qətlə yetirib. Hadisə ötən ilin fevralında Yevlax şəhərində baş verib.

Qətlə yetirilən 20 yaşlı qadın həyat yoldaşından boşanıb. Qətlin qısqanclıq zəminində törədildiyi ehtimal olunub.

Rasim Salmanova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər