ABŞ-ın Nyu York ştatındakı islah məntəqəsinin mühafizəçiləri əlləri qandallı məhbusu döyüb və təhqir edərək öldürüblər.
Teleqraf.com xəbər verir ki, bu barədə “Associated Press“ məlumat yayıb.
Bildirilib ki, insident dekabrın 9-da ştatın Marsi həbsxanasında baş verib.
43 yaşlı Robert Bruks 13 mühafizəçi və tibb işçisi tərəfindən döyülüb.
Hazırda Prokurorluq araşdırma aparır.