Bakıda mənzildə kişi meyiti tapılıb. Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, bu haqda Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı xəbər verib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilə baxış keçirərkən kişi cəsədi aşkar olunub və aidiyyəti üzrə təhvil verilib.