3 Mart 2015 01:49
616
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə iki avtomobil toqquşub.

Teleqraf.com Kəpəz TV-yə istinadan məlumat verir ki, hadisə şəhərin Təbriz küçəsində baş verib.

VAZ 21015 markalı avtomobilin sürücüsü 23 yaşlı Kamran Əhmədov Təbriz küçəsi ilə hərəkət edərkən VAZ 2107 markalı avtomobilin sürücüsü 45 yaşlı İsmayıl Mehdiyev qəfildən onun qarşısında dönmə əməliyyatı edib.

Nəticədə hər iki avtomobil toqquşaraq səkiyə çıxıb.

Qəza zamanı VAZ 2107 markalı avtomobilin sürücüsü İsmayl Mehdiyev gözündən xəsarət alıb.

Faktla bağlı Gəncə şəhər DYP-i tərəfindən araşdırma aparılır.


Müəllif: