3 Mart 2015 10:44
891
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəran Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin əkib-becərilməsində təqsirli bilinən Salyan şəhər sakini Mübariz Cəfərovun məhkəməsi başa çatıb.

İttihama görə, Salyan polis şöbəsi əməkdaşlarının Quyçu kəndində keçirdiyi əməliyyat zamanı 40 yaşlı Mübariz Cəfərov həbs edilib. Hal şahidlərinin iştirakı ilə Mübariz Cəfərovun yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilib. Həyətyanı sahədən ümumi çəkisi 64 kiloqrama yaxın 144 narkotik tərkibli çətənə kolu aşkar edilib.

Bundan başqa, Mübariz Cəfərovun yaşadığı evin həyətyanı sahəsindəki tikilidə 2,7 kiloqram quruduluş marixuana tapılıb.

Aqrotexniki qaydada becərilmiş çətənə kolları polis əməkdaşları tərəfindən kökündən çıxarılaraq qablaşdırılıb və qurudulmuş marixuana ilə birlikdə şöbəyə gətirilib. İlkin dindirilmə zamanı Mübariz Cəfərov törətdiyi cinayəti etiraf edib.

Hakim Asim Hacıyevin sədrliyi ilə keçirilən prosesdə mübariz Cəfərova 7 il cəza verilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər