Şəki şəhərində intihara cəhd hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə şəhərin 20 Yanvar küçəsi ev 2 ünvanında qeydə alınıb.
1994-cü il təvəllüdlü Elnur İsmayılov yaşadığı evin həyətində olan ağacdan özünü asaraq özünü öldürmək istəyib. Amma Elnur İsmayılovun boğazına doladığı kəndiri anası kəsərək oğlunu xilas edib.
21 yaşlı gənc şok vəziyyətində xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov