Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirli bilinən 1979-cu il təvəllüdlü Rabil Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Nəsimi rayonu, Ruhulla Axundov küçəsi bina 6 mənzil 10 ünvanında fərdi yaşayış evində yaşayan 1979-cu il təvəllüdlü Rabil Abbasov qısqanclıq zəminində həyat yoldaşı, 1993-cü il təvəllüdlü Səadət Bağırovanı bıçaqlayaraq qətlə yetirib. Hadisə baş verən vaxtı yuxudan oyanan Rabil arvadının başqa bir kişiyə mesaj yazdığını görüb və onların arasında yaranan mübahisə qətllə nəticələnib.
Qeyd edək ki, bu onların hər ikisinin ikinci nikahı olub. Onların birgə nikahdan iki övladları olub. Heç bir yerdə işləməyən Abbasov əvvəllər xuliqanlıq və narkotik vasitələrdən istifadə, narkotik daşıma və satma maddəsi ilə məhkum olunub.
Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirlən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Rabil Abbasov 13 il müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov