12 Mart 2015 16:02
747
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda intihar hadisəsi baş verib.

Suraxanı Rayon Prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, hadisə Yeni Günəşli qəsəbəsi “V” massivində qeydə alınıb.

Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Elman Mehdiyev özünü yaşadığı binanın 9-cu mərtəbəsindən ataraq ölüb. Onun hansı səbəbdən intihar etməsi məlum olmasa da, ruhi xəstə olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: