19 Mart 2015 21:10
900
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində atasın; baltalarayaq öldürən 1997-ci il təvəllüdlü Şamil Razxayevin cinayət işi məhkəmə prosesi başlayıb. İttihama görə, hadisə 2014-cü ilin may ayının 10-da Türkan qəsəbəsi Üzümçülük sovxozunda baş verib.

Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Şamil Rzayev yaşadığı evdə münaqişə zəmnində atası, 1972-ci il təvəllüdlü Qalib Nəsu oğlunun baş nahiyəsinə üç dəfə balta ilə vuraraq qətlə yetirib. Şamil Rzayev Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şamil Rzayev 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən Baş Prokurorluq narazı qalaraq apelyasiya protesti verib. Prokurorluq protestində Şamil Rzayevin cəzasının ağırlaşdırılmasını istəyib.

Hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə apelyasiya protesti üzrə ilkin baxış iclası olub. Prosesdə Baş Prokurorluğun protestinin dəlilləri müəyyənləşib. Məlum olub ki, prokurorluq Şamil Rzayevin cəzasının artırılaraq 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini istəyib. Şamil Rzayev isə hökmdən apelyasiya protesti verilməyib.

Məhkəmə baxışı martın 30-na təyin edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər