Aprelin 3-də Şəki rayonunun Aşağı Göynük kəndində rayon qaz istismar idarəsinə məxsus qaz borusunun 160 metrlik hissəsi (işlək vəziyyətdə olmayan) kəsilərək oğurlanıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Şəki polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş kənd sakini Elçin Babayev saxlanılıb.
Hacı Zeynalov