Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsriləndirilən Müsavat partiyasının müavini Fərəc Kərinlinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə Fərəc Kərimli ifadə verib. Daha sonra prosesdə məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul edilib və çıxış etmək üçün söz prokurora verilib.
Prokuror çıxış etmək üçün hazır olmadığını deyib və hakimlədən vaxt istəyib. Məhkəmə iclası aprelin 29-da davam etdiriləcək.
Qeyd edək ki, Fərəc Kərimli narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilir.
Hacı Zeynalov