29 Aprel 2015 09:48
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı-Quba yolunun 30-cu kilometrliyində "Mercedes" markalı minik avtomobili ilə "Shaqman" markalı yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib.

Teleqraf.com FHN-in saytına istinadən xəbər verir ki, dərhal hadisə yerinə FHN-nin xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Mercedes" markalı minik avtomobilinin sürücüsü aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Xilasedicilər deformasiyaya uğrayan avtomobildən sıxılmış vəziyyətdə qalan meyiti çıxarıb və aidiyyətı üzrə təhvil veriblər.


Müəllif:

Oxşar xəbərlər