Bakının Nizami rayonunda qətl hadisəsi törədilib.
Bu barədə Teleqraf.com-a Nizami Rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, hadisə rayonun Bəhruz Nuriyev küçəsində qeydə alınıb. Gürcüstan vətəndaşı, 1995-ci il təvəllüdlü İzzət Hüseynov sevdiyi qızı, 1998-ci il təvəllüdlü Aytac Babayevanı qətlə yetirib.
Hadisə sevgililər arasında yaranan şəxsi münasibətlər zəminində baş verib. Cinayəti törədən şəxs həbs edilib. qətlə yetirilən Aytac Babayeva orta məktəbin 11-ci sinifində oxuyurmuş.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov