Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.
Gəncə Şəhər Baş Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, Gəncə şəhər sakini, 1978-ci il təvəllüdlü Ramin Sadıqov naməlum şəraitdə bıçaqlanıb.
O, bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Hazırda cinayəti törədən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülür.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov