12 May 2015 16:42
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabad rayonunda intihar hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun mərkəzində, Azərbaycan küçəsində qeydə alınıb.

Məlumata görə, rayon sakini, 1971-ci il təvəllüdlü Həsən Abidinov məskunlaşdığı binanın zirzəmisindəki qazanxanada özünü asaraq ölüb. Onun hansı səbəbdən intihar etdiyi məlum deyil. Həsən Abidinov iki uşaq atası idi.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər