12 May 2015 19:32
519
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron Rayon Məhkəməsində yanacaqdoldurma məntəqəsindən oğurluq etməkdə təqsirli bilinən Gəncə şəhər sakini Elba Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İttihama görə, Elba Əhmədov 12 avqust 2014-cü il tarixdə, gecə saat 03 radələrində Abşeron rayonu, Novxanı kəndində yerləşən, Novruz Qərənizadənin işlədiyi “Petrolux” yanacaq doldurma məntəqəsinin ofisindən 2800 manat oğurlayıb. O, bir gün sonra Abşeron Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həbs edilib. Elba Əhmədov əvvəllər məhkumluq həyatı yaşayıb.

Elba Əhmədov Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü (oğurluq) maddələri ilə ittiham edilib və məhkəmənin hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər