21 May 2015 09:08
880
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda Yalama dəmiryol keçidində sərnişin qatarında yanğın baş verib, nəticədə bir vaqon yanıb. Bütün sərnişinlər evakuasiya olunub, xəsarət alan yoxdur.

Bunu Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəisi Nadir Azməmmədov deyib

FHN-in dəmiryol mütəxəssisləri vaqonu söndürüblər.

Bunun üçün dəmiryol qatarlarının söndürülməsi üçün nəzərdə tutulan xüsusi qatardan istifadə olunub.

İlkin məlumata görə, yanğının səbəbi söndürülməmiş siqaret olub.

Hal-hazırda hərəkətin bərpa edilməsi üzrə işlər gedir.


Müəllif: