Gədəbəydə vətəndaşa məxsus evdə partlayış olub, xəsarət alan var.
Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbərt verir ki, Gədəbəy şəhərində vətəndaşa məxsus ümumi sahəsi 170 kv.m olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində məişət qazının sızması nəticəsində partlayış hadisəsi baş verib.
Partlayış nəticəsində ikinci mərtəbədə 3 otaq və dam örtüyü dağılıb, yanğın hadisəsi olmayıb.
Partlayış zamanı 1 nəfər yanıq xəsarəti alıb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.