3 İyun 2015 18:15
737
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını bıçaq zərbələri vurmaqda təqsirli bilinən İlqar Qocamanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, İlqar Qocamanov yaşadığı Qaradağ rayonundakı mənzildə münaqişə zəminində həyat yoldaşı Rəna Qocamanovaya öldürmək məqsədi ilə bir neçə bıçaq zərbəsi vurmaqla ona ağır dərəcəli bədən xəsarəti yetirib.

O, Cinayət Məcəlləsinin 126.2.4 (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham edilib.

Hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə İlqar Qocamanov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər