Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində cəzaçəkmə müəssisəsinin normal fəaliyyətini pozmaqda təqsirli bininən 1997-ci il təvəllüdlü Vaqif Səlimbəylinin cinayət işi üzrə məhkəmə prosesinə başa çatıb.
Teleqraf.com xəbər verir ki, Vaqif Səlimbəyli cəzaçəkmə müəssisələrində normal fəaliyyəti dəfələrlə pozub. Onun barəsində Cinayət Məcəlləsinin 317-ci (cəzaçəkmə müəssisəsinin fəaliyyətini pozma) maddəsi ilə cinayət işi başlanılıb.
Vaqif Səlimbəyli qəsdən adam öldürməkdə təqsirli bilinib və Bakı Ağır Cinayətlər Məhkənəsinin 2012-ci il tarixli hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. O, 2011-ci ilin 19 sentyabr tarixində Sumqayıt şəhərində valyutadəyişmə məntəqəsinin rəhbərini öldürməkdə təqsirli bilinib və 9 il müddətinə azadlıq məhrum edilib.
Hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Vaqif Səlimbəylinin əvvəlki hökmü birləşdirilib və onun üzərində qəti olaraq 7 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.
Hacı Zeynalov