10 İyun 2015 23:43
977
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün dənizdə batan 3 nəfər xilas edilib.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Sabunçu rayonunda 2 nəfər dənizdə (xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşib.

Həmçinin, Sumqayıt şəhərində 1 nəfər dənizdə (xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşib.

Vətəndaşlar nazirliyin dalğıc-xilasediciləri tərəfindən xilas edilib.

Bundan başqa, Bakı şəhəri, Sabunçu rayonu ərazisində dənizdə (ən yaxın xilasetmə məntəqəsindən təxminən 1500 m məsafədə, nəzarət olunmayan ərazidə) batmaq təhlükəsi ilə üzləşmiş 2 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.


Müəllif: