28 İyun 2015 13:59
590
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda 21 yaşlı gənc dənizdə boğulub.

Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda dənizdə, sularda xilasetmə məntəqəsindən, təxminən 700 m solda, nəzarət olunmayan ərazidə 1994-cü il təvəllüdlü Məmmədov Pərviz Nazim oğlu batıb.

Dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlayıblar. P.Məmmədovun cəsədi batdığı yerdən, təxminən, 400 metr məsafədən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 11:20-də başa çatıb.


Müəllif:

Oxşar xəbərlər