8 İyul 2015 13:31
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın paytaxtı Moskvada əslən Azərbaycandan olan taksi sürücüsü qətlə yetirilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, həmyerlimizin cəsədi Moskva Dövlət Universitetinin kitabxana binası qarşısında avtomobilində tapılıb.

İlkin ehtimala görə, taksi sürücüsü bıçaq yarasından həlak olub. 36 yaşlı Şahlar Quliyev universitet ətrafındakı ərazidə taksi sürücüsü kimi işləyib.

Mərhumun qohumları hadisənin necə baş verdiyini bilmədiklərini söyləyiblər: “Ona zəng edəndə metronun yanında olduğunu dedi. Oraya nə üçün getdiyini və etdiyini bilmirik”.

Hazırda polis cinayətkarı axtarır.


Müəllif:

Oxşar xəbərlər