31 İyul 2015 16:31
601
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaqda təqsirli bilinən Saleh Nəcəfov və Seymur Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Biləsuvar Gömrük İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı-Astara magistral yolunun 60-cı kilometrliyində Ələt qəsəbəsini göstərən yol nişanının yaxınlığında Nəcəfov Saleh Qədir oğlu və Abbasov Seymur Vaqif oğlu bir kisədə 895,0 qram heroini şərti alıcı kimi çıxış edən gömrük əməkdaşına satarkən yaxalanıb.

Daha sonra isə həmin şəxslərin Bakı dairəvi yolunun “Sədərək” Ticarət Mərkəzinin yaxınlığındakı dərəyə atdıqları 2 kisədə 1 kiloqram 465 qram qurudulmuş marixuana və 1 sellofan kəsiyində 82,337 qram heroin narkotik vasitələri aşkar edilərək götürülüb.

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Seymur Abbasov 10 il, Saleh Nəcəfov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər