Bakı Apelyasiya Məhkəməsində narkotikin maddələrin Qanunsuz olaraq narkotik vasitələri dövriyyəsində təqsirli bilinən Bakı şəhər sakini 1970-ci il təvəllüdlü Rəna Abdullevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Nəsimi rayon Polis İdarəsinin əməkdaşları Rəna Abdullayevanı şübhəli şəxs kimi saxlayıblar. Onun üzərində və evində aparılan axtarış zamanı külli miqdarda narkotik maddə aşkarlanaraq götürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəna Abdullayeva 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Rəna Abdullayeva apelyasiya şikayəti verib və o, şikayətində cəzasının yüngülləşdirilməsini istəyib.
Hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə Rəna Abdullayevanın apelyasiya şikayəti qismən təmin edilib və onun cəzası 6 il 6 aya endirilib.
Hacı Zeynalov