Bakının Yasamal rayonunda dələduzluq faktı qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, Namiq adlı şəxs Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Mehman Akif oğlu Qurbanova qarşı dələduzluq edib.
Mehman Qurbanov Yasamal Rayon Polis İdarəsinin 29-cu polis bölməsinə müraciət edərək bildirib ki, cari ilin mayında Namiq adlı şəxs onun etibarından sui-istifadə edib və 13 min manatını alıb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov