Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində cinsi azlıqla intim əlaqədə olmaqda və daha sonra ona qarşı soyğunçuluq etməkdə təqsirli bilinən 1994-cü il təvəllüdlü Ruslan Xankişiyev və 1990-cı il təvəllüdlü Orxan Həmidovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, , Orxan və Ruslan bu ilin aprelin 24-də cinsi azlıq nümayəndəsi olan R.S. ilə tanış olub və onun Mərdəkan qəsəbəsindəki bağ evində gediblər. Gənclər gey tanışları ilə cinsi əlaqədə olduqdan sonra onu döyüb, sonra 2 ədəd mobil telefonunu, noutbukunu və planşetini soyğunçuluq yolu ilə alıblar.
Hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 4 il müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov