Gömrükçülər İrandan Astaraya piyada yolla gələn Azərbaycan vətəndaşı Xavər Cahangirovadan narkotik maddə aşkarlayıb.
Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, gömrük nəzarətindən keçərkən onun əl çantasından 8 ədəd həb şəklində olan “Metadone-40” adlı dərman preparatı aşkar edilib.
Xatırladaq ki, “Metadone-40” adlı dərman preparatı “Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik maddələr”in II Siyahısına daxildir və 8 ədəd həbdə metadonun təsiredici maddəsinin xalis çəkisi 0,32 qram təşkil edir.