1 Sentyabr 2015 14:48
2 358
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün ermənilər Tərtər rayonunun Qapanlı kəndində toy mağarını atəşə tutub.

Teleqraf.com-un bölgə müxbirinin verdiyi məlumata görə, hadisə nəticəsində 3 mülki şəxs yaralanıb.

Toyda iştirak edən 1963-cü il təvəllüdlü Müşkinaz Tanrıverdiyeva, 1967-ci il təvəllüdlü Mədinə Əhmədova güllə yarası alıb, 3 yaşlı Zəhra Əliyeva isə çaxnaşma zamanı yıxılaraq zədələnib. Yaralılardan biri Tərtər Mərkəzi Rayon Xəstəxanasına, bir nəfər isə Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Yüngül zədə alan Zəhra Əliyeva isə ev şəraitində müalicə olunur.

Daşqın


Müəllif:

Oxşar xəbərlər