4 Sentyabr 2015 14:55
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirli bilinən Şəki şəhər sakini Gülşən Əzizova, Göyçay rayon sakini Zeynal Mikayılov, Bakı şəhər sakinləri, Natiq Abdullayev və İsmayıl İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 31-də Vüqar Əliyevə məxsus “İnfiniti” markalı avtomobili, 370 manatı və mobil telefonu quldurluq yolu ilə almış Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Natiq Abdullayev və İsmayıl İsmayılov tutulub. Bundan başqa həmin cinayət əməlində iştirak etmiş Şəki şəhər sakini Gülşən Əzizova, Göyçay rayon sakini Zeynal Mikayılov da müəyyən ediliblər.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı sentyabrın 7-nə təyin olunub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər