Gəncə şəhərində intihara cəhd hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1960-cı il təvəllüdlü Sahib Nəsibov sirkə turşusu içərək özünü zəhərləyib. O, zəhərlənmə diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
İlkin məlumata görə, Sahib Nəsirov intihar etmək məqsədilə sirkə turşusu içib.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov