15 Oktyabr 2015 17:23
639
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Zəyəm qəsəbəsində qeydə alınıb.


Rayon sakini Cahan Allahverdiyev idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən Nadejda Həsənovanı vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Oxşar hadisə Cəlilabad rayonunun Göytəpə şəhərində də qeydə alınıb. Şəhər sakini Şahin Zeynalov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Abbas Novruzovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: