27 Oktyabr 2015 17:12
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sovetski” sakinlərinə qarşı dələduzluq etməkdə təqsirli bilinən Nazim Səmədov, Asıf Hacı İsmayılov və Orxan Fərhadovun kasasiya şikayəti təmin edilməyib.

Ali Məhkəmədə işə baxan hakimlər Bakı Apelyasiya Məhkəməsinin ilkin baxış iclasının qərarından təqsirləndirilən Nazim Səmədovun vəkili İradə Cavadovanın verdiyi kasasiya şikayəti geri qaytarılıb. Məhkəmə belə nəticəyə gəlib ki, apelyasiya instansiyasında iş sübutlar araşdşırılmadan baxılmalıdır.

Qeyd edək ki, bir müddət əvvəl Bakı Apelyasiya Məhkəməsinin hakim Rizvan Səfərovun sədrlik etdiyi kollegiyada baxılıb. İlkin baxış iclasının qərarına görə, apelyasiya şikayətində sübutlar araşdırılamadan baxılması qərara alınıb. əmin qərardan müdafiəçi Ali Məhkəməyə kasasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin ilkin baxış iclasının qərarının ləğv edilməsini istəmişdi.

Xatırladaq ki, Bakı Şəhər Prokurorluğu və Bakı Şəhər Baş Polis İdarəsi “DES” MMC-nin vəzifəli şəxslərinin mənzil tikintisi adı altında yol verilən dələduzluq faktına görə saxlanılması ilə bağlı birgə məlumat yayıb.

Məlumatda bildirilib ki, Bakı şəhər sakini Asəf Hacı İsmayılov və qeyriləri tərəfindən təsis edilmiş “DES” MMC-nin vəzifəli şəxsləri “Köhnə bakılılara yeni ev” şüarı altında sayt yaradıb.

Vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onlara məxsus külli miqdarda əmlakı ələ keçirmək üçün guya paytaxtın mərkəzi prospektlərindən birində çoxmərtəbəli bina tikəcəkləri barədə həmin saytda və digər kütləvi informasiya vasitələrində reallıqdan uzaq elanlar, reklam xarakterli informasiyalar yerləşdiriblər. Araşdırmalar zamanı cəmiyyətin sözügedən fəaliyyət növü ilə müvafiq lisenziya olmadan fəaliyyət göstərdiyi müəyyən edilib.

Adıçəkilən şirkətin vəzifəli şəxsləri - Asəf Hacı İsmayılov, Nazim Səmədov və Orxan Fərhadov şübhəli şəxs qismində tutulublar. Tutulan şəxslərin ifadələrindən və digər sənədlərdən də göründüyü kimi, onlar inşa edəcəkləri, ümumi dəyəri 17.000.000 manatdan çox olan 16 mərtəbəli, 9 bloklu və 810 mənzilli binada həmin mənzillərin hər kvadratmetrini "Sovetski" sakinlərinə guya 380 manata satmağı nəzərdə tutublar. Şirkət nümayəndəsi vətəndaşlarla müqavilələr bağladığını etiraf etsə də onlardan hər hansı məbləğdə pul almadıqlarını iddia edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 29,178-ci (dələduzluğa cəhd) maddəsi ilə cinayət işi başlanıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nazim Səmədov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Digər iki nəfər - Asif Hacı İsmayılov və Orxan Fərhadovun barəsində 6 il şərti cəza tətbiq edilib. Onlar Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla məhkəmə zalından azad olunublar. Qeyd edək ki, Nazim Səmədov, Asif Hacı İsmayılov və Orxan Fərhadovun vəkilləri apelyasiya şikayəti verərək müdafiə etdikləri şəxslərin barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər. Həmçinin Baş Prokurorluqda apelyasiya protesti verərək Asif Hacı İsmayılov və Orxan Fərhadovun həbs edilməsini istəyib.

Artıq apelyasiya şikayəti yenə də hakim Rizvan Səfərovun icraatında araşdırılacaq. Məhkəmənin baxış iclası oktyabrın 29-na təyin edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər